Kraliça “Azərbaycanın kəlağıyısı və Qarabağ atları” şousunu izlədi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |    

Kraliça “Azərbaycanın kəlağıyısı və Qarabağ atları” şousunu izlədi - FOTO

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının əfsanəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunmuş və bütün dünya at sevərlərinin böyük marağına səbəb olmuş “Vindzor Kral Atçılıq Şousu”na yekun vurulub.

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin Qarabağ atları üzərində süvarilər dəstəsinin və rəqs ansamblının təqdim etdiyi “Azərbaycanın kəlağıyısı və Qarabağ atları” adlı şou-kompozisiya Birləşmiş Krallığının taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetin, kral ailəsinin üzvlərinin və digər tamaşaçıların xüsusi marağına səbəb olub.

Şou aparıcısı təmsilçilərimizin çıxışını öncələyən təqdimatında şou-kompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə şahzadə Albert tərəfindən öz həyat yoldaşı Kraliça Viktoriyaya hədiyyə edilməsini vurğulayıb.

Qədim Vindzor qəsrinin ərazisində keçirilən tədbirdə Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi şou-kompozisiyanı hər gün on minlərlə insan canlı izləyib, televiziya vasitəsilə milyonlarla tamaşaçı milli musiqimizin sədaları altında Qarabağ atlarına, süvarilərimizə, rəqqaslarımızın rəqslərinə baxıb. Böyük Britaniyanın nüfuzlu “Dailymail.co.uk” internet portalı “Vindzor Kral Atçılıq Şousu”na həsr etdiyi reportajında Azərbaycanın Qarabağ atlarının iştirakı ilə nümayiş etdirilən şou-kompozisiyaların Kraliça II Elizabetin ən sevimli tamaşalarından olmasını xüsusi qeyd edib.

11 may tarixində tədbirdə iştirak edən Ülyahəzrət II Elizabet “Azərbaycanın kəlağayısı və Qarabağ atları” şou kompozisiyasına tamaşa etdikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini – Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidentləri Sakit Məmmədovu, Bəhruz Nəbiyevi və idmançı Xədicə Qulubəylini qəbul edib. Görüşdə kraliçanın həyat yoldaşı Edinburq hersoqu şahzadə Filipp, kraliçanın nəvəsi Sasseks hersoqu şahzadə Harri və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan xalq rəssamı Sakit Məmmədovun “Bahar qızı” adlı rəsm əsəri və Azərbaycan Kəlağıyısı Ülyahəzrət II Elizabetə hədiyyə kimi təqdim olunmuş, təqdimat zamanı rəsm əsərində təsvir edilən Bahar qızının Azərbaycanın qədim Novruz bayramının simvollarından biri olması, kəlağıyının üzərində təsvir edilmiş Xan qızı Natavan, Qarabağ atları, milli musiqi alətləri, xarı bülbül bitkisi haqqında geniş məlumat verilib.

Ülyahəzrət II Elizabet Azərbaycan təmsilçilərinin nümayiş etdirdikləri şou-kompozisiyaya, rəsm əsəri və milli kəlağayının hədiyyə edilməsinə görə minnətdarlığını bildirib.











скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 473 13.05.19 11:47