Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Tarix Diyarşunaslıq Muzeyinin direktoru Ağayar Nəsirov iş otağında ölmüş vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə Cəlilabad rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Bildirilir ki, A.Nəsirov ürəktutmasından dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.