“Toppuş bacı” şayiələrə son qoydu - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

“Toppuş bacı” şayiələrə son qoydu - YENİLƏNİB

Əməkdar artist Tünzalə Əliyeva şəxsi Instagram hesabında səhhətində yaranmış ciddi problemlə bağlı məlumat paylaşıb.

Median.Az
xəbər verir ki, hər şeyin yaxşı olacağına inandığını bildirib.

“Hər vaxtınız xeyr olsun. Bu sözləri yazmaq mənim üçün çox çətindir. Təəssüf ki, xəstəliyim metastaz verib və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 seans kimya terapiyası keçəcəyəm. İnşallah, sağalaram. Əlbəttə, mən hər an hər şeyə özümü hazırlamışam, amma inanıram ki, hər şey yaxşı olacaq. Çünki Zəhra qızım hələ çox balacadır. Mən hələ böyütmək istəyirəm onu. Akademik Cəmil Əliyev və Milli Onkologiya Mərkəzinin rəhbəri Azad bəyə təşəkkür edirəm ki, məni belə diqqətdə saxlayırlar və bütün müalicəni tam təmənnasız edirlər. Bütün kollektivə təşəkkür edirəm”, - deyə o vurğulayıb.

Qeyd edək ki, əməkdar artistin xəstəliyi ötən il baş qaldırıb. Tünzalə Əliyeva cərrahi əməliyyat keçirib və kimya terapiyası alıb.

17.04

“Toppuş bacı” kimi məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın yenidən səhhətində problemlər yaranması ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Tünzalə Əliyeva ilə əlaqə saxlayıb.

Aktrisa yayılan məlumatların həqiqəti əks etdirmədiyini dilə gətirib:

“Haqqımda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil. Sadəcə, gedib müayinə olunmuşam. Gələn həftənin ilk günlərində gedib analizlərimin cavabını alacağam. Hazırda Milli Onkologiya Mərkəzində deyiləm, bu da şayiədir”.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyər çəkir. O, səhhətindəki problemləri aradan qaldırmaq üçün tez-tez müayinə olunur.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 373 11.05.19 22:48