Ucarda vaksin tapılmır: it hücumuna məruz qalan sakinlər çıxılmaz durumda » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ucarda vaksin tapılmır: it hücumuna məruz qalan sakinlər çıxılmaz durumda

Ucar rayonunda vaksin tapılmasında problem yaranıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, son günlər it hücumuna məruz qalan rayon sakinləri quduzluğa qarşı vaksinasiya olunmaq üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət etsələr də, xəstəxanadan vaksinin olmadığı bildirilib.

İt hücumuna məruz qalan diabetli şəkər xəstəsi Telman Xudaverdi oğlu İbrahimov təcili xəstəxanaya gedib. Xəstəxananın cərrahiyyə şöbəsinin həkimi Zahir Salahov T.İbrahimova bildirib ki, xəstəxanada vaksin yoxdur.

Rayonda fəaliyyət göstərən apteklərdə quduzluğa qarşı vaksin satılmadığından zərərçəkən sakinlər çıxılmaz duruma düşüblər.

Ucar Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Xaləddin Qafarov ONA-ya bildirib ki, hazırda xəstəxanada quduzluğa qarşı vaksinin olmamasına səbəb rayonda it hücumuna məruz qalanların sayının çoxalmasıdır: “Xəstəxanaya 5 qutu dərman verilib ki, bu da bir xəstəyə 5-6 dəfə vurulan dozadır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, Ucar Rayon Mərkəzi Xəstəxanası tərəfindən vaksin üçün Nazirliyin İnnovasiya və Təchizat Mərkəzinə müraciət olunub: “Lakin müraciət qeyri-iş günü olunduğundan vaksin vaxtında çatdırılmayıb. İtin hücumuna məruz qalan Telman İbrahimova isə quduzluğa qarşı vaksin edilib. Vaksin Göyçay rayonundan gətirilib.Telman İbrahimov əsassız olaraq belə bir iddia irəli sürür, yalan danışır. Sifariş edilmiş vaksinlər gələn həftənin bazar ertəsi Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılacaq”.

Onun sözlərinə görə, bu il ötən dövrlə müqayisədə ölkəyə daha artıq vaksin gətirilib: “Hər təcili tibbi yardım avtomobilinə belə vaksinlər verilib. Vaksinlər it dişləmələrinin sayına müvafiq olaraq regionlara paylanılır və hər hansı rayonda “vaksin tapılmır” - demək düz deyil. Sadəcə olaraq bu məsələ tibb müəssisələrinin rəhbərlərindən də asılıdır. Gərək, onlar vaksin üçün vaxtında İnnovasiya və Təchizat Mərkəzinə müraciət etsinlər. Yenə də qeyd edirəm ki, müraciət qeyri-iş günlərinə təsadüf etdiyindən vaksinlərin çatdırılmasında gecikmə yaranıb. Axı, bu il it dişləmələrinin də sayı ötən illə müqayisədə artıb. Ötən il 20 min it dişləməsi qeydə alınsa da, təkcə bu ilin 3 ayı ərzində it dişləmələrinin sayı 5 mini ötüb. Çünki sahibsiz itlərin sayı artıb. Sahibsiz it məsələsinə diqqət ayrılsa, yaxşı olardı”.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 200 11.05.19 18:19