Alimlər “axirətdən gəlmiş” quş aşkarladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Alimlər “axirətdən gəlmiş” quş aşkarladı

Portsmut Universitetinin tədqiqatçıları Seyşel adalarında on minlərlə il əvvəl yoxa çıxmış küvyer (Dryolimnas cuviere) növündən olan quşun izlərini aşkarlayıb.

“Zoological Journal of the Linnean Society”nin yazdığına görə ağboğazlılar fəsiləsindən olan küvyer Aldabra atolunda (mərcan adasında-red) yaşayıb. Quşun toyuq ölçüsündə olduğu bildirilir.

Buna qədər zooloqlar adanın sualtında qalan zaman uça bilmədikləri üçün bu növdən olan bütün quşların məhv olduğunu güman edirdi.

Təxminən, 100 min il əvvəl adanın su səviyyəsi aşağı düşüb və mərcan adası yenidən səthə çıxıb. Bu yaxınlarda tədqiqatçılar onda çoxdan nəsli kəsilmiş quşun “təzə” izlərini aşkarlayıb.

Britaniyalı tədqiqatçılar bunu iterativ təkamüllə izah edir.

Fərziyyəyə görə, eyni növdən olan nümayəndələr ayrı-ayrı vaxtlarda eyni əcdaddan təkamül edə bilər.

Alimlər iddia edir ki, adanın suyun səthinə qalxmasından sonra, küvyerlərin ulu əcdadından olan quş atola gələrək, bir daha uça bilməyən quşa təkamül edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 128 11.05.19 14:22