Azərbaycanda bu hallarda ata adından imtina etmək olar » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |    

Azərbaycanda bu hallarda ata adından imtina etmək olar

Məşhur futbolçu Mahir Mədətovun yeni şəxsiyyət vəsiqəsində soyadını, xüsusilə də atasının adını dəyişdirməsi müzakirələrə səbəb olub.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Azərbaycanda ata adının dəyişdirilməsinin çətin olduğunu və prosesin xeyli vaxt apardığını qeyd ediblər.

Bəs ölkə qanunvericiliyinə əsasən ad, soyad və ata adı rəsmi sənəddə necə dəyişdirilə bilər?

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bu dəyişikliklər qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir.

Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.

Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. (Ad, soyad və ata adının rəsmi sənəddə dəyişdirilməsi ilə bağlı ətraflı məlumatı bu linkdən ala bilərsiz).

Hüquqşünas Əliməmməd Nuriyev də bir müddət əvvəl bu məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, 18 yaşına çatmış hər bir şəxsin öz ad, soyad və ata adının dəyişdirilməsi üçün müraciət etmək hüququ var:

"Azərbaycanın Ailə Məcəlləsi və Mülki Məcəlləsinə, həmçinin, ad, soyad, ata adının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinin12 may 2011-ci il tarixli qərarlarına görə, ad, soyad və ata adının dəyişdirilməsini daha səmərəli tənzimləyə biləcək normalar müəyyənləşib. Çox təəssüf ki, bir sıra hallarda uşaqlara çox eybəcər, milli adlarımıza uyğunlaşmayan, gülünc xarakter daşıyan adlar verilib. Heç şübhəsiz ki, uşaq yaşa dolduqdan sonra istər-istəməz öz adı ilə razılaşmır. O, anlayır ki, daşıdığı ad gülüncdür və mahiyyət etibarilə ona zərər vurur. Ona görə də adının, soyadının, bəzi hallarda atasının adının dəyişdirilməsilə bağlı müraciət edə bilir. Qanunvericiliyə görə, 18 yaşına çatmış hər bir şəxsin öz ad, soyad və ata adının dəyişdirilməsi üçün müraciət etmək hüququ var".

Qeyd edək ki, 2017-ci ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 2093 nəfər şəxsin adının, ata adının və soyadının dəyişdirilməsi əməliyyatı həyata keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 240 10.05.19 20:03