Lyuka düşərək zədələnən bolid təmir edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:26 Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ  |     22:55 Kreml: Sülhməramlılar Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmadı  |     22:49 Xalq artistinin qızının toyundan GÖRÜNTÜLƏR - FOTO  |     22:22 Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR  |     21:37 Berlin və Hamburqda banklarda partlayışlar baş verdi  |     21:23 Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb  |     21:15 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir  |     21:07 Gəncədə qanunsuz tikililərin qarşısı alınıb  |     20:50 Tayvan sahillərində ard-arda 10 yeraltı təkan baş verib  |     20:44 Azad edilmiş ərazilərdə 51 mina zərərsizləşdirilib  |     20:35 Malayziya Senatının sədri Azərbaycana səfər edəcək  |     20:29 Bu il qar ehtiyatı çoxillik normadan az olub  |     20:20 Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq  |     20:13 Sabah yağış yağacaq, külək əsəcək  |     20:06 Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək  |     19:58 Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb  |     19:49 Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb  |     19:40 Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb  |     19:35 Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb  |     19:25 Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO  |    

Lyuka düşərək zədələnən bolid təmir edildi

“Formula-1” Azərbaycan Qran-Prisi zamanı qəzaya düşərək, sıradan çıxmış “Williams” komandasının bolidi tam təmir olunub.

Autosport.com portalının məlumatına görə, bununla bağlı komandanın rəhbərinin müavini Kler Uilyams açıqlama verib.

O bildirib ki, bolid bu həftəsonu İspaniyada keçiriləcək Qran-Pridə iştirak edə biləcək:

“Bakıda baş verən qəza zamanı bolidin iki şassisi sıradan çıxmışdı. Onlar təmir edilib və daha bir ehtiyat şassi gətirilib. Uşaqlar inanılmaz iş görüblər. Rasselin bolidinin təmirinə görə Bakı turnirinin təşkilatçıları kompensasiya verməyə razıdırlar. Bakıda yarışların promouterləri ilə görüşdüm. Onlar da anlayır ki, bu, mümkün qədər tez olmalıdır. Onlar çox nəzakətli idi və bundan çox məmnunam”.

Xatırladaq ki, birinci sərbəst yürüşü zamanı “Williams” komandasının pilotu Corc Rasselin bolidi kanalizasiya lyukuna ilişib. Hadisə nəticəsində bolid zədələnib və C.Rassel ikinci sərbəst yürüşü buraxmalı olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 448 10.05.19 11:59