Bakıda London derbisi olacaq - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda London derbisi olacaq - VİDEO
Mayın 29-da həlledici matçı Bakıda keçiriləcək UEFA Avropa Liqasının ikinci finalçısının da adına aydınlıq gəlib.

Bu, İngiltərənin “Çelsi” klubu olub.

Lakin “Çelsi” buna çətinliklə nail olub. Frankfurt şəhərində olduğu kimi, Londonda da Almaniyanın “Ayntraxt” klubu ilə matç 1:1 hesabı ilə başa çatıb. Görüşün əlavə 30 dəqiqəsində də hesab dəyişməyincə, penaltilər seriyasına müraciət edilib. Burda daha təcrübəli “Çelsi” qalib gəlib – 4:3.

Beləliklə, Bakı Olimpiya Stadionunda keçiriləcək finalda London derbisi olacaq. “Arsenal” və “Çelsi” məhz ikinci dəfə Bakıya gələcək. Bu dəfə onlar “Qarabağ”la qrup qarşılaşması üçün yox, bu turniri qazanmaq üçün paytaxtımıza təşrif buyuracaq.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 497 10.05.19 11:47