Həbsdən çıxan Təranə DANIŞDI - “Sizinlə qanun çərçivəsində görüşəcəyəm” » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |    

Həbsdən çıxan Təranə DANIŞDI - “Sizinlə qanun çərçivəsində görüşəcəyəm”

Prodüser Təranə Səmədova həbsdən çıxandan sonra ilk dəfə paylaşım edib.

Median.Az
Axşam.az-a istinadən xəbər verir ki, o, anası və qızı Suellə olan fotolarını paylaşaraq, ürək sözlərini yazıb:
"Əslində, deyiləcək sözüm bəlkə də lap çoxdur, amma bu müddət mənə daha çox susmağı öyrətdi, ona görə də qısaca olaraq öz ailəmə, sevdiyimə və müəyyən insanlara bu müddət ərzində məni səbrlə və sevgiylə tək buraxmadıqlarına görə çox təşəkkür edirəm. Bir də.. bu müddət mənə bir şeyi də anlatdı - dostu düşməndən ayırmağı, bildim ki, həqiqi dostlarım kimlər imiş, özünü dost kimi qələmə verib, əslində, saxtakarlıq edənlər kimlər imiş...

Allah çox böyükdür, heç vaxt heç kimə pis şeylər arzulamamışam, amma elə buradaca həmin saxta "dostlar"a deyirəm ki, boş-boşuna özünüzü yorub, məni axtarmayın".

Prodüser onun ünvanına təhqir yazanları da unutmayıb:
"İstər öz səhifəmdə, istərsə də başqa səhifədə haqqımda xoşagəlməz şərhlər yazanlar, sizinlə qanun çərçivəsində görüşəcəm".
Qeyd edək ki, T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə ittiham elan edilərək, bir il müddətinə azadlıqdan məhrum olunmuşdu. O, 6 ay sonra həbsdən azadlığa buraxılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 812 09.05.19 20:11