11 yaşlı uşağı sahibsiz it dişlədi, xəstəxanada vaksin tapılmadı – Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

11 yaşlı uşağı sahibsiz it dişlədi, xəstəxanada vaksin tapılmadı – Video

Məktəbdən evə qayıdan 11 yaşlı uşağı it dişləyib. Valideynləri quduzluq əlehinə vaksin vurulması üçün onu xəstəxanaya aparsalar da, xəstəxanada vaksin tapılmayıb.

Xəzər TV xəbər verir ki, hadisə ötən gün Yevlaxın Kövər kəndində baş verib. Kənd sakini İlkin Əlizadəni sahibsiz it ayaq nahiyəsindən dişləyib. Al-qan içində olan məktəblini atası Murad Əliyev dərhal Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Yaralıya yardım edilməsini və vaksin vurulmasını tələb edən valideyn tibb ocağından “vaksin yoxdur” cavabı alıb.

Övladının səhhətindən narahat qalan Murad Əliyev Bərdə rayonuna gedərək ordan apteklərdən vaksin alıb. Kənd sakini 11 yaşlı övladına həmin quduzluq əlehinə vaksindən 6 ədəd vurulmalı olduğunu deyir.

Məsələ ilə bağlı Yevlax Mərkəzi Rayon Xəstəxanasın ”Xəzər Xəbər”ə bildirildi ki, həqiqətən də uşağın atası Murad Əliyev müraciət etdiyi saatlarda xəstəxanada quduzluq əlehinə vaksin olmayıb. Sonradan isə xəstəxanaya vaksin gətirilib. Vaksinin qurtarmasına səbəb kimi isə ümumilikdə müraciətlərin çox olması göstərilib. Xəstəxanadan o da bildirilib ki, hazırda quduzluq əlehinə vaksin var və Murad Əliyev yenidən müraciət edərək övladına vaksin vurdura bilər.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 041 09.05.19 13:46