Rüşvətə görə həbs edilən şəxsin şikayətinə baxılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |    

Rüşvətə görə həbs edilən şəxsin şikayətinə baxılıb

Ali Məhkəmədə dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Turab Piriyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Median.Az
-ın report-a istinadən xəbərinə görə, hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Piriyevin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, əvvəllər məhkum olunmuş T.Piriyev 2015-ci ildə Y.Hüseynovanın övladlığı T.Hüseynovun Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə baxışında olan işi üzrə məhkəmə istintaqını aparan vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, həmin vəzifəli şəxslərə veriləcək rüşvətin müqabilində onun cəzasını yüngülləşdirəcəyinin mümkün olacağını bildirib, qadından 10 min manat pul alıb.

Bundan başqa o, Y.Hüseynovanı dəri-zöhrəvi xəstəliyi ilə əlaqədar təqaüd alacağı və müvafiq sənədləşmə işlərini qaydasına qoyacağına dair söz verib, həmin ilin avqust ayında qadının 2500 manat məbləğində pulunu ələ keçirib.

Həmçinin T.Piriyev G.Tağıyevanın ruhi-əsəb xəstəliyindən əziyyət çəkən oğlunu aylıq təqaüdünün artırılmasına dair söz verərək, 2016-cı ilin avqust ayında ondan 800 manat pul alıb.

Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə T.Piriyevin şikayəti təmin edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 114 08.05.19 21:12