Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |     12:10 Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO  |     12:08 Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO  |     12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |     12:04 Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA (VİDEO)  |     12:03 Sulutəpədə qadını maşın vurub parçaladı  |     11:51 Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     11:38 Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək  |     11:21 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |    

Azərbaycanda İngiltərədən gətirilən giləmeyvə sortları becəriləcək - FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İngiltərə şirkəti arasında birgə müəssisənin yaradılması haqqında razılıq əldə olunub.

Nazirlikdən verilən məlumata görə, institutun ərazisində belə bir müəssisənin yaradılmasında əsas məqsəd Azərbaycanda giləmeyvə sortlarının artırılması ilə bağlı layihənin icrasını həyata keçirmək, həmçinin fermerləri məhsuldar giləmeyvə şitil və tingləri ilə təmin etməkdən ibarətdir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirib ki, bu istiqamətdə işlərə 3 il əvvəl başlanılıb. İngiltərədən gətirilən çiyələk, moruq və böyürtkən bitkiləri sınaq müddətində institutun təcrübə bazasında becərilib. Bu bitkilərin yerli iqlim şəraitinə uyğunluğu, məhsuldarlığı istiqamətində müsbət nəticələr əldə edilib. Xarici şirkət nümayəndələri ilə həmin təcrübə sahələrinə baxış keçirildikdən sonra bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədəuyğun sayılıb.

İki ay müddətində yaradılması nəzərdə tutulan birgə müəssisədə işlər üç mərhələdə həyata keçiriləcək. Əvvəlcə İngiltərədən yerli iqlim şəraitinə uyğun giləmeyvə sortları gətiriləcək. Daha sonra həmin sortların şitil və tingləri yetişdirilərək artırılacaq. Son mərhələdə isə giləmeyvə becərmək istəyən fermerlər aşağı qiymətlə həmin şitil və tinglərlə təmin olunacaqlar.

İ.Qurbanov bildirib ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda müasir biotexnologiya laboratoriyası fəaliyyət göstərir. Gələcəkdə xaricidən gətirilən giləmeyvə sortlarının bu laboratoriyada artırılması və idxalın qarşısının alınması mümkün olacaq.//milli.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 429 08.05.19 19:30