Azərbaycanın Rusiyadakı səfirliyi ermənilərin təxribatının qarşısını alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Azərbaycanın Rusiyadakı səfirliyi ermənilərin təxribatının qarşısını alıb

Son günlər sosial şəbəkələrdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) erməni tələbə təşkilatı tərəfindən mayın 7-də “Qarabağ müharibəsinin fədailəri” ilə “Şuşanın azad edilməsi günü”nə həsr olunmuş görüş keçirilməsi barədə informasiya yayılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məlumatlarda MDU həmin tədbirin tərəfdaşı kimi təqdim olunub.

Bununla əlaqədar olaraq, Azərbaycanın Rusiyadakı səfirliyi MDU rəhbərliyinə müraciət edib və bu mötəbər ali məktəbin həmin hadisəyə aidiyyəti olmaması, habelə bütövlükdə ali məktəbdə buna bənzər tədbirlərin keçirilməsinin yolverilməzlıiyi barədə birmənalı cavab alınıb.

Eyni zamanda, bu məsələdə səfirliyin narahatlığını nəzərə alan universitetin rəhbərliyi tədbirin təşkilatçıları ilə söhbət aparıb. Nəticədə tədbir barədə informasiya sosial şəbəkələrdən silinib.

Fürsətdən istifadə edərək, səfirlik öz vətəndaşlıq mövqeyini nümayiş etdirdiyinə görə Rusiyadakı Azərbaycan ictimaiyyətinin nümayəndələrinin hamısına təşəkkür edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 216 07.05.19 22:12