Bakıda kiçiklitrajlı avtomobillər bahalaşıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |    

Bakıda kiçiklitrajlı avtomobillər bahalaşıb

2019-cu ilin martında təkrar kiçiklitrajlı avtomobil bazarında (mühərrikin həcmi 2 litrədək) orta qiymət 14 870 manata bərabər olub.

Median.Az
bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

Ekspert qeyd edib ki, fevral ayı ilə müqayisədə 7,03 faiz artım müşahidə olunub. Mühərrikinin həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat (11,21 faiz azalma), 3 litrdən yuxarı həcmli avtomobillərin orta qiyməti 91 143 manat (7,78 faiz azalma) təşkil edib.

N.İbrahimov bildirib ki, mart ayında paytaxtın avtomobil bazarında 1 352 avtomobil satışa çıxarılıb ki, bu da əvvəlki ayla müqayisədə 22,2 faiz azdır.

Məlumata görə, satışa çıxarılmış avtomobillərin 82,3 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan avtomobillərin orta qiyməti 41 129 manat olub. Dizel mühərrikli avtomobillər satışa çıxarılanların 17,7 faizini təşkil edib ki, bu avtomobillərin qiyməti 44 415 manata bərabər olub.

Ekspertin sözlərinə görə, mayda isə Bakının avtomobil bazarında qiymətlərin cüzi azalması gözləniləndir və may ayının yekunlarına əsasən azalma 1-2 faiz təşkil edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 438 07.05.19 21:08