Çay evində arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda


Çay evində arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində Şəki rayon sakini Rəcəb Məmmədovun (1984-cü il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, cinayət ötən il oktyabrın 19-da Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Şəhrizad” çay evində baş verib. Belə ki, Rəcəb Məmmədov orada arvadı Günel Məmmədovanı (1986-cı il təv.) bıçaqlayıb, hadisə yerindən qaçıb. Şahidlərin köməkliyi ilə qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

R.Məmmədov Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 531 07.05.19 16:14