Əli Əhmədov: Pulsuz dərmanları hamı əldə edə bilməz » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Əli Əhmədov: Pulsuz dərmanları hamı əldə edə bilməz

Kiminsə adı dövlət tərəfindən pulsuz verilən dərman siyahısında yoxdursa, bu, artıq ayrı məsələdir. Çünki həmin şəxsin siyahıya salınması üçün əsasları olmalıdır.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər il əhalinin müxtəlif təbəqələri dövlət tərəfindən pulsuz dərmanlarla təmin edilir:

“Bu xəstələrin siyahısı xəstəxanalar tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilir. Siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Onların xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır. Konkret faktlar varsa ki, hansısa yerdə kiməsə dərman çatmayıb, bunu ayrıca araşdırmaq lazımdır”.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan dövləti xəstə insanları pulsuz dərmanlarla təmin etmək üçün böyük məbləğdə vəsait ayırır:

“Bu vəsaitlə də ünvanlı, yəni ehtiyacı olan insanlara dərman verilməsi nəzərdə tutulur. Pulsuz verilən dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər pulsuz dərman vasitələri ilə təmin oluna bilər. Tərtib edilən dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına görə tərtib edilir”.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 267 07.05.19 15:08