Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

İki gün əvvəl Moskvanın Şeremetyevo aeroportunda dəhşətli faciə baş verib. “Aeroflot” hava yolları şirkətinə aid “SSJ-100” təyyarəsi Murmanska uçan zaman, ekipaj üzvləri təcili eniş üçün dispetçerdən icazə istəyib. Qəzalı enişdən sonra laynerin şassizi sıradan çıxıb və yanacaq dolu bak partlayaraq yanmağa başlayıb. Yanğından ən çox füzelyajın qanad hissəsinə ziyan dəyib. Göyərtədə olan 78 nəfərdə 37-si sağ qalıb.


Ancaq hadisələrin gözlənilməz inkişafı nəticəsində bu faciədən qurtulmuş insanlar da var. Həmyerlimiz Fəridə Ruslanova bəxti gətirənlərdəndir.

O, hekayəsini Day.Az portalına danışıb.

“Mən kredit və sığorta sahəsində çalışıram. İşimlə əlaqədar, mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram, treninqlərə və ezamiyyətlərə qatılıram. Bu dəfə Murmanska yollanmağı təklif etdilər, mən razılaşdım”, - deyə Ruslanova danışır.

Onun sözlərinə görə, o, artıq məlum reysə bilet də alıb və uçmağa hazırlaşıb, ancaq xoş bir təsadüf nəticəsində ən son anda planları dəyişib.

“Gözlənilmədən atam Moskvaya gəldi. O, başqa şəhərdə işləyir və ildə bir dəfə bura gəlir. Heç kimi xəbərdar etməmişdi, sürpriz etmək istəyirdi. Buna görə məzuniyyətdən imtina etməli oldum: mənim əvəzimə həmkarım getdi. Onunla danışırdıq, dedim, “Sən get”. İndi o reanimasiyadadır, tüstüdən zəhərlənib və yanıq xəsarətləri alıb”, - deyə Ruslanova bildirib.

Qızın dediyinə görə, qəza barədə xəbəri öyrənəndən bəri özünü pis hiss edir, daima təşviş və qorxu içindədir.

“Təyyarədən mənim həmkarımın çıxmasına imkan vermirdilər. Çevik şəkildə təxliyyə olunmaq əvəzinə, öz baqajını qurtarmağa çalışan insanlara görə o, ölə bilərdi. Onu göyərtənin bələdçisi Moiseyev faktiki olaraq yaxasından dartaraq, salondan çıxarıb.

Zavallı bələdçi, bacardıqca çox insan xilas etmək üçün əlindən gələni edirdi. Özü də həyatını itirdi. Onun ölümünə təəsüflənirəm. Tez-tez “Aeroflot”la uçuram, indi isə, həqiqətən, çox qorxuram”, - deyə Fəridə Ruslanova bildirib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 709 07.05.19 11:28