Kassadan oğurluq edən meymun iş başında - VİDEO » Median.Az News Agency


Kassadan oğurluq edən meymun iş başında - VİDEO
Hindistanda oğurluq etmək üçün yetişdirilən meymun kassaya girib pul oğurlayıb.

Median.Az
ölkə.az-a istinadən bildirir ki, meymunun oğurluğu kameralar tərəfindən qeydə alınıb.

Hadisə Hindistanın Uttar Pradeş əyalətində baş verib. Şosse yolu kassasının önündə dayanan avtomobildən çıxan meymun kassaya girərək pul oğurlayıb. Avtomobil isə kassanın qarşısında giriş pulu ödəmək üçün dayanıbmış. Kassir sürücüyə çek verərkən maşından çıxan meymun pəncərədən içəri girir. Kassir özünü qorumağa çalışdığı an meymun kassadan pulu alaraq aradan çıxır.
Hadisə şahidləri bildirirlər ki, kassir meymunun dalınca qaçsa da, onu tuta bilməyib. Sürücü isə meymunla əlaqəsi olmadığını bildirib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          622 06.05.19 22:26