AQTA-nın mətbuat katibi xanım jurnalistlərə çağırış edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

AQTA-nın mətbuat katibi xanım jurnalistlərə çağırış edib

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva xanım jurnalistlərə müraciət edib.

Agentlikdən verilən məlumata görə, A.Fərziyeva bildirib ki, AQTA qida təhlükəsizliyi sahəsində nəzarət və tənzimləmə tədbirləri ilə paralel olaraq maarifləndirmə işlərini də həyata keçirir.

Məqsəd sağlam qidalanmanı təşviq etməklə əhalinin sağlamlığlını qorumaqdır: “Qadınların cəmiyyətdə və ailədə aparıcı qüvvə olduğunu nəzərə alaraq sizə müraciət edib, hamınızı bu statusda toplamaq istədim. Çünki qida təhlükəsizliyi bir qurumun yox bütöv bir cəmiyyətin problemidir. Peşənizi, cəmiyyətdəki mövqeyinizi və təsir imkanlarınızı nəzərə alaraq bu sahədə sizin də çox şey edə biləcəyiniz çox şey var deyə bilərik. Dəyərli xanım həmkarlarım, gəlin bu işdə gücümüzü birləşdirək. Sağlam gələcək sizdən, bizdən, hamımızdan başlayır. Övladlarınızı, sevdiklərinizi, ətrafınızdakı hər kəsi sağlam qidalanmağa yönəltməklə bizə dəstək olun və öz təkliflərinizi bizə yazın. Buradan, inboxda və ya istənilən platformada sizi dinləməyə və sizə hər cür metodiki köməklik etməyə hazırıq”

Qurum rəsmisi qeyd edib ki, bu sahədə birgə əməkdaşlığı genişləndirməyə ehtiyac var: “AQTA-nın qapıları hər zaman hər kəsin üzünə açıqdır. Həftədə və ya ayda bir dəfə vaxt təyin edib övladlarınızın da iştirakı ilə qeyri-rəsmi formatda görüşməyə nə deyirsiz? Bu istiqamətdə təkliflərinizi gözləyirik”.//Baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 258 06.05.19 19:46