Median.Az xəbər verir ki, Quba RPŞ-nə müraciət edən əcnəbi vətəndaş mayın 5-də şəhər ərazisində naməlum şəxsin onun cibindən, içərisində 200 manat və 60 avro, habelə sürücülük vəsiqəsi və 9 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Tahirov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.