Röyadan yeni klip: “Unutmaq lazım” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Röyadan yeni klip: “Unutmaq lazım” - VİDEO
Əməkdar artist Röya Ayxan yeni ekran işini təqdim edib.

Röya Türkiyədə çəkdirdiyi “Unutmaq lazım” klipini “Youtube” hesabında yayımlayıb.

Sözləri və musiqisi İlqar Sadıqova, aranjimanı Tural Əliyevə məxsus olan mahnının ekran işini rejissoru Müjdat Küpşirə həvalə olunub.

Klipdə müğənninin stili və imici üzərində Türkiyənin məşhur stilisti Bener Hamamcı çalışıb. Rəngarəng klipdə Əməkdar artist əyninə geyindiyi açıq-saçıq libasları ilə diqqət çəkib.

Qeyd edək ki, ötən həftədə Röya klipinin bir neçə tizerini “Instagram” hesabında yayımlayaraq izləyicilərini həm təəcübləndirib, həm də həyəcanlandırıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 107 06.05.19 18:09