Xurma bu il də bahalaşdı - İşbazlar iş başında » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Xurma bu il də bahalaşdı - İşbazlar iş başında

Müqəddəs Ramazan ayı başlayar-başlamaz mağazalarda xurmanın qiymətində bahalaşma müşahidə edilir. Əslində, bu, Azərbaycanda yazılmamış qanunlardandır. Yeni il qabağı bütün ərzaqlar, Novruz ərəfəsi xüsusən çərəzlər, Ramazan ayında xurma, Qurban bayramında isə mal-qaranın qiymətində artım qeydə alınır.

Bəs bu artımların iqtisadi əsası varmı? Xurmanın bahalaşma səbəbi nədir?

Oxu.az məsələ ilə əlaqədar iqtiadçı, ekspert Vüqar Bayramovla əlaqə saxlayıb.

Ekspert xurmanın qiymətinin süni şəkildə bahalaşdığını, işbazların vəziyyətdən istifadə etdiyini deyib:

“Apardığımız monitorinqlər onu göstərir ki, hər hansı bayram ərəfəsində və ya müqəddəs ay başlayan zaman həmin ayda ən çox istifadə edilən məhsulların qiymətində artımlar müşahidə edilir. Güman edilir ki, xurmanın qiymətində artımların müşahidə edilməsi Ramazan ayı ilə əlaqədardır.

Çox təəssüf ki, iş adamları hətta müqəddəs aylarda belə daha çox gəlir əldə etməyə çalışırlar. Halbuki inkişaf etmiş ölkələrin əksəriyyətində, xüsusən ABŞ-da xüsusi bayramlarda daha çox istifadə edilən məhsulların qiymətləri aşağı salınır. Burada əsas məqsəd məhsulların bütün ailələr tərəfindən alına bilinməsidir.

Təəssüf ki, Azərbaycanda sahibkarlar faktiki olaraq, bayramlar ərəfəsində daha çox istifadə edilən məhsulların qiymətini artırırlar. Novruz bayramında da bunu müşahidə etdik. İndi Ramazan ayının gəlişi ilə əlaqədar xurmanın qiyməti artırılıb. Təəssüf ki, süni şəkildə sahibkarlar gəlir əldə etmək məqsədilə qiymətləri artırırlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 014 06.05.19 12:14