Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhaliyə ŞAD XƏBƏR: "Pensiya və maaşlar yenə artırılacaq" - VİDEO

04.05.2019 16:47 4 390
Əhaliyə ŞAD XƏBƏR:
Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov ATV telekanalına eksklüziv müsahibə verib.

Sədr müavini son zamanlar ictimayyətin əsas müzakirə obyektlərindən biri olan Avropa Birliyi – Azərbaycan münasibətlərinə toxundu. Əli Əhmədov bildirdi ki, bu əməkdaşlıq müstəqil dövlət olan Azərbaycanın maraqları çərçivəsindədir və bu istənilən əməkdaşlıqda ən vacib amildir.

Azərbaycanın istənilə qurumlarla, təşkilatlarla, beynəlxalq qurumlarla əməkdaşlığı hər şeydən əvvəl Azərbaycanın müstəqilliyinin ifadəsi və Azərbaycanın milli maraqlarının qorunması əsasında olacaqdır. Azərbaycan bu çərçivədə istənilən qurumlarla, o cümlədən AB ilə əməkdaşlıq edir. Bu proses başa çatdıqdan sonra, saziş imzalandıqdan sonra Azərbaycanın AB ilə əməkdaşlığı reallaşacaqdır və bundan irəli gələn vəzifələr ardıcıl sürətdə həyata keçiriləcəkdir.

2019-cu ilin əvvəllərindən etibarən dərinləşən struktur və sosial islahatlardan danışan baş nazirin müavini qeyd etdi ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar davamlı olacaq, həmçinin müvafiq sərəncamların əhatə dairəsindən kənarda qalan vətəndaşlar da mütəmadi olaraq öz həyatlarının yaxşılaşdırılması yönündə atılacaq addımların şahidi olacaq.

İkinci bir tərəfdən isə Azərbaycan dövlətinin imkanlarının artmasına uyğun şəkildə yeni maaşların, pensiyaların, müavinətlərin artırlmasıyla bağlı sərəncamlar imzalanacaqdır. Bu prezidentin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir və uzun sürən davamlı xətt olaraq reallaşacaqdır. Bizim hədəfimiz, bizim məqsədimiz Azərbaycan vətəndaşının rifahını, yaşayış səviyyəsini gündəngünə yaxşılaşdırmaq və hər il daha yüksək səviyəyə qaldırmaqdan ibarətdir.

Əli Əhmədov keçmiş səhiyyə naziri Əli İnsanovun "Amerikanın Səsi"nə verdiyi müsahibəyə də münasibət bildirdi.

Əli İnsanov vaxtılə Azərbaycan iqtidarında təmsil olunarkən, 10 ildən çox bugünkü Azərbaycan iqtidarında nazir vəzifəsində işləyərkən, həm Azərbaycan iqtidarını bəlağətli şəkildə tərifləyərdi, digər tərəfdən isə müxalifətə ən ağır sözlərlə təhqirlər yağdırardı. İndi zaman keçibdi, Əli insanovun sifəti 180 % dəyişibdi. O vaxtılə təmsil olunduğu və Azərbaycanın bugünündə çox böyük dəyişiklikləri yaratmış, Azərbaycan iqtidarını heç bir əsas olmadan, böhtan ataraq, şər ataraq, tənqid edir.

Əli Əhmədov bildirdi ki, Əli İnsanov işğalı Azərbaycanın bugünkü iqtidarı ilə əlaqələndirməklə tarixi reallıqları ciddi şəkildə təhrif edir. Azərbaycanlılara qarşı ermənilərin təcavüzləri əsrin əvvəllərindən başlayıb. 1905-07 ci illərdə təcavüzlər edilib, soyqırımları törədilib. Azərbaycan torpaqlarının 20%-i işğal edilən dövrdə isə Azərbaycanın bugünkü iqtidarı hakimiyyətdə təmsil olunmayıb. Əli Əhmədov keçmiş səhiyyə naziri Əli İnsanovun yeni müxalif siyasi partiya yaradacağı ilə bağlı açıqlamasına da mövqe bildirdi:

"Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti İlham Əliyevi dəstəkliyir. Çox kiçik sayda insanlar var ki, çoxlu sayda müxalif partiyaları dəstəkləyirlər. Bu çox azsayda insanlardı. Əli İnsanovu dəstəkləyən bir sosial baza qalmayıb. Əli İnsanov axı kimə arxalanır? Ona kim inanacaq? Kim bunun arxasınca gedəcək? Əli İnsanov dünənki müsahibəsində açıq şəkildə Qərbə reverans elədiyini gördünüz. O açıq şəkildə özünü qərbə xidmət etməyə hazır olduğunu bəyan elədi və erməni lobbisinin onu dəstəkləyəcəyinə ümid edərək ermənilərin də haqqında ermənilərin könlündən olan sözləri işlətdi"

Bundan əlavə Əli Əhmədov bildirdi ki, Əli İnsanovun ətrafına vaxtılə müxalifəti təhqir edən biri kimi müxalif düşüncəli insanların toplaşacağı da heç bir halda inandırıcı görünmür.


Son xəbərlər