Bakıdakı hoteldə Vera Brejnevanın başına iş gəldi - VİDEO » Median.Az News Agency


Bakıdakı hoteldə Vera Brejnevanın başına iş gəldi - VİDEO
Rusiyalı məşhur pop ifaçısı Vera Brejneva Bakıya gəlib.

Vera Azərbaycana tanınmış avtomobil brendlərindən birinin dəvəti ilə təşrif buyurub.

Rəqqasları ilə səhnədə şou nümayiş etdirən Brejneva öndən qısa, mavi, sinə və ayaq dekolteli libasda olub.

Konsert bitər-bitməz yorğunluğunu çıxarmaq üçün qaldığı lüks hotelə geri dönən ulduzun başına iş gəlib.

Belə ki, sənətçi çıxarkən otel otağının açarlarını elə otaqda unudub.

Qapı önündə oturan sənətçi zarafatından da qalmayıb:

“Gördüyünüz kimi, işdən, bax, belə qayıtmışam”.

Qapı önündə çarəsiz qalan Brejnevanı dostları bir müddətlik öz otaqlarına dəvət ediblər.

Yaşananları isə Vera telefonunun yaddaşına köçürərək şəxsi İnstaqram hesabında izləyiciləri ilə bölüşüb.







//oxu.az
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 477 04.05.19 13:50