Küçədə keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Küçədə keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Xosrov Məmmədovun (1983-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, qətl ötən il oktyabrın 7-də Qaraçuxur qəsəbəsində baş verib. Belə ki, Xosrov Məmmədov mübahisə zamanı keçmiş həyat yoldaşı Əfsanə Məmmədovanı (1985-ci il təv.) bıçaqlayıb. Nəticədə qadın kəskin qanitirmədən hadisə yerində dünyasını dəyişib.

Həmin gün Məmmədov Suraxanı RPİ 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, o cinayəti qısqanclıq zəmnində törətdiyini bildirib.

İstintaqın gedişatına məlum olub ki, Xosrov və Əfsanə bir müddət əvvəl boşanıblar, onların bir övladı olub. Boşanmasına baxmayaraq kişi qadından əl çəkməyib və onu cinsi əlaqəyə girməyə məcbur edib. Bununla bağlı Əfsanə Məmmədova Xətai RPİ 37-ci polis bölməsinə müraciət edib. Bundan qəzəblənən Xosrov Məmmədov bıçaqla silahlanaraq Qaraçuxur qəsəbəsinə gəlib və qadını qəsdən həyatdan məhrum edib.

Hazırlıq iclasında təqsiriləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış mayın 10-na təyin olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 396 03.05.19 12:18