Çingiz Mustafayev: "Mahnımın sonunda muğam oxuyacam" » Median.Az - Bütün xəbərlər bir ünvanda


Çingiz Mustafayev: "Mahnımın sonunda muğam oxuyacam"
"Xoreoqrafiya, vokal və səhnə tam istədiyim kimi oldu. Həyəcanlanmasam, potensialımı göstərə bilsəm, qardaşlarımızın dəstəyi ilə bu il "Eurovision”un qalibi Azərbaycan olacaq”.

Median.Az
Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev türk mediasına müsahibəsində deyib.

O, üç aydır ciddi hazırlaşdığını bildirib:

"Məncə, "Eurovision” indiyədək belə şou görməyib. Türklərdən dəstək gözləyirəm. Dünyanın hər yerindədirlər. Mənə dəstək olsalar, qalib gələndə türk bayrağını dalğalandırmaq istəyirəm. Türk dünyasını təkcə mən təmsil edirəm. Çox həyəcanlıyam, mahnımın sonunda muğam oxuyacam. Bu, Azərbaycan və Türkiyə musiqisini ən az 300 milyon insana çatdırmaqdır və gözəl hisslərdir”.

Qeyd edək ki, ifaçı Azərbaycanı "Truth” mahnısı ilə təmsil edəcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          989 02.05.19 23:57