Bu qəbiristanlıqlarda naməlum şəhid məzarları var » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bu qəbiristanlıqlarda naməlum şəhid məzarları var

İmişli rayonunun Şəmmədli kəndindəki qəbiristanlıqda xeyli naməlum şəhid məzarları var.

Xezerxeber.az-ın məlumatına görə, onlar Qarabağ müharibəsi zamanı döyüşmüş, amma şəhid olarkən üzərlərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığı üçün naməlum əsgər kimi torpağa tapşırılıblar. Ancaq illər sonra bəzilərinin yaxınları ortaya çıxaraq öz şəhidlərini tapıblar. Onlardan biri də 26 il sonra valideyni tərəfindən şəxsiyyəti təsdiqlənən İlqar Nəcəfovdur.

1975-ci il təvəllüdlü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini İlqar Nəcəfov 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin atası Həsənalı Nəcəfov İmişlinin Şəmmədli kənd qəbiristanlığında naməlum şəhid məzarlığı olduğunu öyrəndikdən sonra rayonun axundu Adıgözəl Bəşirovla əlaqə saxlayıb.

Həsənalı Nəcəfovun oğlunun şəklini axund dəfn zamanı çəkilən şəhidlərin fotoları ilə tutuşdurub və onlardan birinin şəkli ilə uyğun gəldiyini görüb.

Şəhidin atası dövlət qurumlarına müraciət edərək, oğlunun məzarının doğulduğu kəndə köçürülməsi üçün köməklik istəyib. Bir neçə gün əvvəl şəhidin məzarı açılaraq şəhidin nəşinin qalıqları çıxarılıb, Neftçala rayonunun Xolqarabucaq kəndinə gətirilib və kənd qəbiristanında torpağa tapşırılıb.

Belə şəhid məzarlarına Tərtərdə də rast gəlmək mümkündür. Keçmiş döyüşçülər deyirlər ki, burada əvvəllər 100-dən çox məzar olub. Lakin sonralar bir çoxunun sahibləri tapılıb. Hazırda orada 29 naməlum şəhid qəbri qalıb.

Sahibləri tapılmayan naməlum qəbirlərin heç bir nişanəsi yoxdur. Bu məzarların içində 3 rus əsgərinin qəbri də var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 337 02.05.19 22:18