Paytaxtda qaraçılar 10 yaşlı oğlanı dilənməyə məcbur ediblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:52 Rusiya müdafiə nazirinin müavini İvanov dövlətə xəyanətdə şübhəli bilinir  |     17:45 Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi  |     17:35 Bu dərmanların Azərbaycana gətirilməsi qadağası ləğv edilir  |     17:20 Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO  |     17:09 Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb  |     17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |    

Paytaxtda qaraçılar 10 yaşlı oğlanı dilənməyə məcbur ediblər

Bakıda qaraçılar 10 yaşlı oğlan uşağını Bakının küçələrində dilənçiliklə məşğul olmağa məcbur ediblər.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, bu günlərdə polis əməkdaşları AUB-nin Reinteqrasiya Mərkəzinin sığınacağına aprelin əvvəllərində itkin düşmüş üçüncü sinif şagirdini gətiriblər. Valideynləri üç gün ərzində uşağı axtarıb tapmayandan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər və yerli telekanallardan birində elan veriblər. Nəticədə polislər uşağı Nəriman Nərimanov adına parkın ərazisində dilənçilik edərkən tapıblar.

Uşaq deyib ki, onlarla qonşuluqda yaşayan yeniyetmə dilənçilər onu aldadaraq bu işə cəlb ediblər. Bu vaxt ərzində uşaqlar özlərinin pul diləndikləri bütün nöqtələri ona başa salmağa macal tapıblar. Həmin yerlər Binə qəsəbəsindəki və "Neftçilər" metrostansiyası yaxınlığındakı iri ticarət mərkəzləri olub. Oğlanın sözlərinə görə, onunla birlikdə dilənən uşaqlar elə həmin yerlərdə küçədəcə yatırlar və elə orada nə tapsalar, onu yeyirlər.

Ağazadə həmin uşağın valideynlərinin yaşadığı Bakı rayonunun adını deməkdən imtina edib. Onlar qaraçıların kompakt halda yaşadığı ərazidə mənzil kirayələyiblər. Oğlanın valideynləri insidentin təkrarlanacağından qorxurlar.

"Oğlanın dediyinə görə, onu dilənçiliklə məşğul olmağa məcbur ediblər. Hazırda təhqiqat aparılır və hələlik faktlar təsdiqini tapmayıb. Uşaqda çatışmazlıq hiss olunur. Biz uşağı Pedaqoji Komissiyaya göndərmişik ki, onlar onun vəziyyətini qiymətləndirsinlər. Təhsil Nazirliyi oğlanı ixtisaslaşmış internetə yazmaq üçün hazırda onun sənədlərinə baxır" - deyə Ağazadə bildirib.

AUB sədri izah edib ki, oğlanda bir növ sosial uyuşmazlıq problemi var: "O, həddindən artıq sadəlövhdür. Uşağın ailəsi Bakıya ölkənin cənubundan gəlib. Onlar orada dağ kəndində yaşayıblar və təsərrüfat işləri ilə məşğul olublar. Onların heç birinin normal təhsilləri yoxdur".

Hazırda sözügedən faktla bağlı araşdırmalar davam edir.//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 520 02.05.19 20:52