Sloveniya Azərbaycan şirkətlərinə Koper limanından istifadə etməyi təklif edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Sloveniya Azərbaycan şirkətlərinə Koper limanından istifadə etməyi təklif edib

Sloveniya Azərbaycan şirkətlərinə Koper limanından istifadə etməyi təklif edib və əmindir ki, hər iki ölkənin limanları arasında əməkdaşlıq üçün imkanlar var.

Median.Az
bildirir ki, bunu Trend-ə Sloveniya Xarici İşlər Nazirliyindən deyiblər.

Məlumatda qeyd olunur ki, Koper limanı malların Avropa İttifaqı bazarlarına və əks istiqamətdə çatdırılması üçün əla marşrut təmin edir.

Nazirlikdən onu da bildiriblər ki, investisiyalar sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur:

"Sloveniya Mərkəzi Bankının məlumatlarına əsasən, 2018-ci ildə ölkələr arasında birbaşa investisiyalar reallaşdırılmayıb. Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasından aldığımız məlumata görə, Azərbaycanın Sloveniyadan investisiyalara artan marağı var. Sloveniyanın işgüzar dairələri 2016-cı ilin martında Lyublyanada Sloveniya-Azərbaycan işgüzar şurasının yaradılmasını alqışlayıb. Şübhəsiz ki, bu sahədə əməkdaşlığın təkmilləşməsi üçün imkanlar mövcuddur".

İki ölkə arasında birbaşa aviareyslərin açılması perspektivlərinə gəldikdə isə nazirlikdən bildiriblər ki, hazırda bu real deyil:

"Hesab edirik ki, Azərbaycanla Sloveniya arasında turist axınının artırılması üçün daha çox səy göstərmək lazımdır. Hazırda birbaşa reys açmaq real deyil, çünki turist sayı tələb olunan səviyyədə deyil".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 235 01.05.19 22:50