Bakıda qadın çantasını oğurlayan şəxsi təqib etdi, pullarını “xilas etdi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |    

Bakıda qadın çantasını oğurlayan şəxsi təqib etdi, pullarını “xilas etdi”

Bakının Xətai rayonunda qadın onu qarət edən şəxsi təqib edərək, öz pullarını geri alıb.

Bu haqda Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə aprelin 30-da 20:30 radələrində Məhəmməd Hadi küçəsi 6 ünvanında qeydə alınıb. Belə ki, naməlum şəxs 48 yaşlı Fərəcova Zəminə Arif qızına hücum edərək, içində pul və mobil telefon olan çantasını oğurlayıb.

Zərərçəkənin ifadəsinə görə, çantasında 130 manat, 100 ABŞ dolları, 300 rubl, bank kartı, mobil telefon və şəxsiyyət vəsiqəsi olub.

Hadisədən sonra qadın sayıqlığını itirməyib və cinayətkarın dalınca qaçaraq, onu yaxalayıb. Çantasını geri alsa da, onu polisə təhvil verə bilməyib. Aradan çıxan cinayətkar 34-cü polis bölməsinin əməliyyatçıları tərəfindən axtarılır.

Əldə etdiyimiz məlumata görə, aprel ayında Azərbaycanda 10 soyğunçuluq və 20 oğurluq hadisəsi qeydə alınıb.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 066 01.05.19 19:17