Azərbaycanın "Eurovision 2019"dakı təmsilçisinin beş bek-vokalçısı olacaq - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Azərbaycanın "Eurovision 2019"dakı təmsilçisinin beş bek-vokalçısı olacaq - VİDEO

"Eurovision 2019" mahnı müsabiqəsində təmsilçimizin beş bek-vokalçısı olacaq.

İTV-dən verilən məlumata görə, səhnəyə yad sayılmayan bu şəxslər olduqca peşəkardırlar.

Belə ki, Pernille Leeloo bu il Danimarkanın milli seçimləri olan “Dansk Melodi Grand Prix”ə qatılıb. Digər bek-vokalçı Sara Linnea 2012-ci ildə "Melodifestivalen" finalına qədər yüksəlib. Peter Simpson isə “Eurovision 2018”də Avstriya təmsilçisi ilə birgə çalışıb. İfaçı və bəstəkarlar Patrik Jean və Cedrik Hammar "Truth"a həyat verməyə və onu insanlarla bölüşməyə kömək edəcəklər.

"Mən çox xoşbəxtəm ki, bu cür istedadlı və peşəkar insanlar Təl-Əvivdəki çıxışım üçün bizim komandaya qoşulublar. Musiqi prodüserimiz İsa Məlikov və ifaçılıq müəllimi Aleks Panayi, eləcə də "Truth" mahnısının müəllifi Borislav Milanovla birlikdə biz bir çox ifaçılarının profilini nəzərdən keçirdik ki, komandamıza qoşulacaq şəxsləri seçək. Əminik ki, komandamıza öz şəxsi toxunuşlarını gətirəcək və çıxışımızı daha rəngarəng edəcək səsləri seçmişik. İlk məşqimiz çox əla keçib və komandamızda çox gözəl harmoniya var", - Çingiz Mustafayev bek-vokalçıları haqqında fikirlərini bölüşüb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da "Eurovision 2019" mahnı müsabiqəsinin ikinci yarımfinalında 18-ci nömrə altında səhnəyə çıxacaq.//report.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 764 30.04.19 20:26