Azərbaycan “Avroviziya 2019”da neçənci yeri tutacaq? - PROQNOZ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycan “Avroviziya 2019”da neçənci yeri tutacaq? - PROQNOZ

Bukmeykerlərin Avropanın nüfuzlu musiqi müsabiqəsi “Avroviziya 2019”la bağlı yeni proqnozları açıqlanıb.

Bukmeykerlərin proqnozuna görə, mayın 16-da çıxış edəcək Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala keçəcək.

O, əsas şouda iştirak edəcək 10 ölkə arasında beşincidir. Siyahıda ön sıralarda isə Niderland, Rusiya, İsveç və İsveçrə qərarlaşıb. Ermənistan da finala keçəcək ölkələr arasında yeddinci sıradadır.




Bukmeykerlərin final proqnozlarına görə, Mustafayev qısa müddət ərzində üç pillə irəliləyərək 13-cü sırada qərarlaşıb. Ermənistan isə dörd pillə geriləyərək 17-ci sıraya düşüb. Srbukun bu qədər geriləməsinə səbəb kimi onun İspaniyada keçirilən gecədə müsabiqə mahnısını çox zəif ifa etməsi göstərilib.

Qeyd edək ki, İsailin paytaxtı Təl-Əviv şəhərində baş tutacaq yarışmanın birinci yarımfinalı mayın 14-ü, ikincisi 16-sı, finalı isə 18-nə təsadüf edir.

Gələn ayın 4-dən etibarən müsabiqə iştirakçılarının Təl-Əviv Sərgi Mərkəzində məşqlərinə start veriləcək. Azərbaycan təmsilçisi Çingiz Mustafayev də məşq üçün Tel-Əvivə yollanacaq . Həmyerlimiz ikinci yarımfinalda “Truth” (Həqiqət) mahnısı ilə çıxış edəcək.

//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 575 30.04.19 12:35