Şri-Lankada üzü gizlədən geyimlər qadağan olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |    

Şri-Lankada üzü gizlədən geyimlər qadağan olundu

Şri-Lankada azı 250 nəfərin həyatına son qoymuş terror dalğası fonunda ictimai yerlərdə maskalar və üzü örtən digər geyimlər (niqab və burkanın) geyilməsinə qadağa qoyulub.

Bu haqda BBC yerli mətbuata istinadən məlumat yayıb.

Ölkə prezidenti Maitruipala Sisirsenanın bildirdiyinə görə, milli təhlükəsizliyin təmin olunması məqsədilə fövqəladə qanun əsasında tətbiq olunan məhudiyyət aprelin 29-dan etibarən qüvvəyə minib.

Müsəlman qadınlara aid niqab və burkanın adları xüsusi olaraq qeyd olunmasa da, hər ikisi üzü gizlətdiyindən, avtomatik olaraq qadağan olunmuş geyimlərin kateqoriyasına düşür.

Xatırladaq ki, bir həftə əvvəl Şri-Lankanın Kolombo şəhərində bir sıra kilsə və otellərdə və paytaxtın kənarında törədilən silsilə partlayışlar nəticəsində azı 250 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Hücumlara görə İŞİD qruplaşması məsuliyyəti öz üzərinə götürüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 024 29.04.19 11:27