"Facebook"dan yeni normalar: 90 gün istifadə edilmədiyi halda... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

"Facebook"dan yeni normalar: 90 gün istifadə edilmədiyi halda...

"Facebook”da sorğuların aparılması üçün əlavələrin işi məhdudlaşdırılacaq

Median.Az
icnews-a istinadla xəbər verir ki, "Facebook" administrasiyası sosial şəbəkədə istifadəçinin şəxsi məlumatlarının alınması üçün nəzərdə tutulan əlavələrin fəaliyyətinə məhdudiyyətlərin tətbiqinə başlayıb.

Bu düzəliş "Facebook" ilə əməkdaşlıq edən proqram təminatı tərtibatçıları üçün qaydalara edilib.

Yeni normalara görə, qeyd olunan əlavələrin sosial şəbəkədə fəaliyyət göstərməsi qadağan ola bilər.
"Facebook" nümayəndəsi telekanala açıqlamasında bildirib ki, həmin əlavələr tam qadağan edilməsə də, onlar sosial şəbəkə mütəxəssisləri tərəfindən diqqətlə yoxlanılacaq. Bunun hansı kriterilər üzrə həyata keçiriləcəyi barədə məlumat verilmir.

Qaydalara, həmçinin, mobil əlavələr tərəfindən müxtəlif istifadəçi informasiyasının tətbiqi üçün icazələrə aid əlavə bəndlər daxil edilib.

Yeni normalara əsasən, əlavə tərəfindən istifadəçinin tətbiqinə icazə verdiyi məlumatlar 90 gün ərzində istifadə edilmədiyi halda müvafiq saziş ləğv edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            950 27.04.19 22:58