Polislər barədə sahiblərini xəbərdar edən tutuquşu saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |    

Polislər barədə sahiblərini xəbərdar edən tutuquşu saxlanılıb

Braziliyada narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən sahiblərini polisin yaxında olduğu barədə xəbərdar edən tutuquşu saxlanılıb, media bildirir.

Hadisə Teresine şəhərdəki Vila Irma Dulce rayonunda hüquq-mühafizə qüvvələrinin əməliyyatı vaxtı baş verib.

Polis evə girərkən quş portuqalca "Vay anam, polis!" deyə qışqırıb.

"Bunun üçün təlim keçmiş olmalıdır. Polis yaxınlaşan kimi qışqırdı", - əməliyyatda iştirak edən hüquq-mühafizəçilərdən biri deyib.

Quşun Teresine zooparkına təhvil verildiyi bildirilir.

Susmaq haqqı

Braziliyalı jurnalistlərdən birinə əsasən, quş sanki susmaq hüququndan istifadə edir:

"O, indiyə qədər heç bir səs çıxarmadı".

Baytar Alexandre Clark da deyir ki, "çox sayda polis zabiti gəlib getdi amma heç nə söyləmədi".

Quşun sahibi keçmişdə narkotik maddələrin qaçaqmalçılığı ilə bağlı ittihamlar əsasında iki dəfə həbs edilmiş "İndia" adı ilə tanınan şəxsdir.

Onun 30 yaşlı əri də evdə kokain aşkar olunandan sonra saxlanılıb.

Qlobo televiziyasının xəbərinə görə cütlüyün 16 yaşlı qızı paltaryuyan maşında narkotiklərin tapılması ilə bağlı xəbərdarlıq alıb. Məlumatda onun sərbəst buraxıldığı deyilir. (BBC)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 153 27.04.19 21:04