Bakıda kommunal xidmət avtomobili sərnişin avtobusuna çırpılıb, 3-ü uşaq olmaqla, 27 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2 » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda kommunal xidmət avtomobili sərnişin avtobusuna çırpılıb, 3-ü uşaq olmaqla, 27 nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2

Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 27 nəfər xəsarət alıb.

Üç saylı Şəhər klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov bildirib ki, qəzadan sonra xəstəxanaya 27 yaralı gətirilib.

Onun sözlərinə görə, xəsarət alanlardan 3-ü uşaqlar, 24-ü böyüklərdir. Xəsarət alanlardan 17-i (uşaqlar da daxil olmaqla-red) evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə edilir.

Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.//report.az

21:08

Hava limanı yolunda zənrivari qəza baş verib.

Median.Az-ın yenicag.az-a istinadən verdiyi məlumata görə, şəhər istiqamətində hərəkət edən avtobus idarə etməni itirib, yoldan çıxaraq dirəyə çırpılıb. Ardınca isə 3 minik avtomobili bir-biri ilə toqquşub.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşları, təcili tibbi yardım və yanğın söndürənlər cəlb olunub.

Son məlumatlara görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 24 nəfəri xəsarət alıb.

19:25

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu "Mercedes"lə toqquşub .скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 225 27.04.19 22:19