Bakıda itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |    

Bakıda itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB - FOTO

Bakıda itkin düşən məktəbli qız tapılıb.

Median.Az
bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində rayon ərazisində itkin düşmüş məktəbli tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət daxil olub.

Müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib.

---------
14:46

Bakıda ötən gün itkin düşən məktəbli qızla bağlı bəzi təfərrüatlar məlum olub.

Median.Az
Trend-ə istinadən bildirir ki, məktəblinin yaxınları deyib ki, Aydan sonuncu dəfə məktəbin yaxınlığında olan mağazanın kameralarında görüntülənib.

Sinif yoldaşlarının sözlərinə görə, qız məktəbdən çıxarkən harasa tələsirmiş.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Aydan Əliyeva ötən gün saat 13 radələrində təhsil aldığı məktəbdən çıxaraq mağazaya gedib.

Aydan Əliyeva Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən 5 saylı məktəbin 7-ci sinif şagirdidir.

-----------

13:21

Bakıda dünən itkin düşən Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevanın axtarışları hələ də bir nəticə verməyib.

Median.Az
bildirir ki, Aydanın anası Təranə Yusifova baku.ws-ə açıqlamasında Aydan itkin düşəndən bəri fasiləsiz olaraq qızını axtardığını deyir:

"Dünəndən küçələrdə qızımı axtarıram. Hər kəsə yalvarıram, qızımı kim görübsə, gecikmədən mənə xəbər versin. Aydan evdən çıxanda başında qırmızı rəngdə bandana vardı. Əynində yaşıl gödəkçə, ayağında ağ-qara krassovka, ağ rəngli köynək, tünd göy ətək, jaket və eyni rəngdə kalqotka geyinmişdi. Mən qızımı 1 saat nəzarətsiz qoymamışam. Bəlkə də belə davranmaqla səhv etmişəm".

Məktəbin deirektoru Nərminə Gündüzlü Aydanın nümunəvi şagird olduğunu söylədi:

"Çox yaxşı şagirddir. Oxumağı da, tərbiyəsi də. Qiymətləri 4-5 idi. Özünü heç vaxt qeyri-adekvat aparmayıb. Yəni risk qrupuna daxil uşaq deyildi. Özünə qapalı uşaq deyildi, ünsiyyətcil idi. Gülüb-danışan qız idi.

Neçə ildir o məktəbdə işləyirəm, o ailə haqqında mənfi heç nə eşitməmişəm. Anası Aydanı nəzarətdə saxlayırdı, bütün valideyn iclaslarına gəlirdi. Uşağının hər addımı ilə maraqlanırdı.

Uşaq itkin düşən kimi anasına mən məsləhət gördüm ki, polisə müraciət etsin".

Qeyd edək ki, A.Əliyeva dünən 26 apreldə dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb. Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydanın təhsil aldığı 5 saylı orta məktəb 4-cü mikrorayonda yerləşir. Özü isə anası ilə birlikdə 9-cu mikrorayonda yaşayır.

Aydanın üstündə mobil telefon olmayıb.

Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə, əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi Rayon 19-cu Polis Bölməsindən bildirdilər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55) 207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.

---------
12:06

Bakıda 13 yaşlı məktəbli qız itkin düşüb.

Median.Az
baku.ws-ə istinadən xəbər verir ki, 4-cü mikrorayonda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevadan dünəndən xəbər yoxdur.

O, dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb.

Tanışları onu sonuncu dəfə 13.14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.

Aydan ailəsi ilə birlikdə 9-cu mikrorayonda yaşayır.

Aydanın üstündə mobil telefon olmayıb.

Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə, əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.

Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi rayon 19-cu Polis Bölməsindən bildirdilər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.

Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 524 27.04.19 19:16