Lənkəranda startap turu keçirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Lənkəranda startap turu keçirilib

“I2B-İdeyadan biznesə” layihəsi çərçivəsində növbəti startap turu Lənkəran şəhərində keçirilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı, İmişli, Cəlilabad, Biləsuvar, Ucar və digər ətraf regionlardan olan 100-dən çox gənc qatılıb.

Tədbirin informativ hissəsində layihənin konsepsiyası, məqsədi və hədəfləri barədə iştirakçılar məlumatlandırılıb.

Daha sonra Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də fəal iştirakı ilə 13 komanda formalaşdırılıb.

Mentorlar təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması üsulları ilə bağlı iştirakçıları müsabiqəyə hazırlayıblar.

Komandalar arasında keçirilən müsabiqədə onlar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.

Nəticədə Lənkəran şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Birinci yerin sahibi “See me” layihəsi, “Clever ring” ideyası ikinci, “Hay taksi” layihəsi isə üçüncü olub. Dövlət İdarəçilik Akademiyasının tələbələrinin “Let's codex” layihəsinin isə Bakının ali təhsil müəssisələrini əhatə edən startap müsabiqəsinin nəticələriylə birgə qiymətləndirilməsi qərara alınıb.//report.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            977 26.04.19 22:02