Balaxanıda sevdiyi qızı və onun anasını güllələyən şəxs 19 il cəza alıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Balaxanıda sevdiyi qızı və onun anasını güllələyən şəxs 19 il cəza alıb - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sabir Qədimovun (1999-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il mayın 31-də Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 15 ünvanında, qəsəbə sakini, Esmira Cəfərova (1963-cü il təv.) və onun qızı Aytən Cəfərova (2001-ci il təv.) odlu silahla güllələnib. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, A.Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. E.Cəfərova sağ qalıb, onun sağ əlinin iki barmağı travmatik amputasiya edilib.

Cinayəti törədən Balaxanı qəsəbə sakini Sabir Qədimov Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan maddi sübut hesab edilən ov tüfəngi
aşkar edilib.

Elan olunmuş ittiham üzrə S.Qədimov özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 671 26.04.19 18:09