Bakıda saxta qızıl külçələri: növbəti qurban zərgər oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Bakıda saxta qızıl külçələri: növbəti qurban zərgər oldu

Bakıda İsveçrə qızıl külçələrini saxtalaşdıran cinayətkar dəstə peyda olub. Fırıldaqçıların qurbanları yerli zərgərlərdir. Artıq bununla bağlı həftə ərzində ikinci fakt paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Bu barədə oxu.az-a Yasamal rayon hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Şikayətçi 36 yaşlı Musayev Mirismayıl Mirmusa oğludur. Onun polisə verdiyi ifadəyə görə, aprelin 13-də 60 yaşlı T.İ. onu aldadıb. Sonuncu ona 23 min 600 dollar müqabilində 17 saxta qızıl külçə verib. M.Musayev külçələrin saxta olduğunu sonradan müəyyən edib. Saxta külçələr xarici görünüşünə görə əls külçələrə bənzəyib: hətta üzərində əyar göstəricisi (999,9) və digər keyfiyyət nişanları olub.

Musayev ona təqdim olunan külçələrin saxta olduğunu öyrənəndə, artıq gec olub. Satıcı izsiz-tozsuz yoxa çıxıb.

Bundan əvvəl Oxu.Az özünü T.İ. kimi təqdim edən həmin şəxsin Moskva prospektində yerləşən lombarda 19 qızıl külçə girov qoyduğunu və bunun müqabilində 41,363 manat borc götürdüyünü xəbər vermişdi.

29-cu Polis Bölməsinə hadisə ilə əlaqədar lombardın hüquqşünası Vüsal Məmmədov müraciət etmişdi. Onun dediyinə görə, külçələr paslanmayan metaldan hazırlanıb, sonradan qızıl suyuna salınıb.

Əldə olunmuş məlumatlara görə, cinayət-axtarış şöbəsinin əməliyyatçıları artıq T.İ.-ni taparaq onu dindirib. Kişi özü də fırıldağın qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, naməlum şəxslər saxta külçələrə görə ondan iri məbləğdə pul alıb. Ona görə də itirilmiş pullarını qaytarmağın yolunu axtarmağa məcbur olub.

Saxlanılan T.İ.-dən istintaqın gedişi ərzində ölkəni tərk etməməsi barədə iltizam alınıb və sərbəst buraxılıb. Ancaq hüquq-mühafizə orqanı əməkdaşları onun nələrisə gizlədiyindən şübhələnir. Onun saxta sikkələri Azərbaycana gətirən və ya onları burada hazırlayan dəstə ilə əlaqəli olduğuna dair şübhələr var.

Qeyd edək ki, dörd il əvvəl oxşar hadisələr Çexiyanın Zlin rayonunda baş vermişdi. Orada cinayətkarlar 250 qramlıq İsveçrə qızıl sikkələrini saxtalaşdırıblar. İnandırıcı görünməsi üçün qızıla “Argor-Heraeus” şirkətinin kefiyyət sertifikatını döyüblər.

Sonradan məlum olub ki, həmin külçələr ucuz volframdan hazırlanıb. Ancaq sikkələrin çəkisi və forması standartlara uyğun olub. Hətta yerli lombard ekspertləri də bu fırıldağın qurbanına çevrilib. Faktla üzrə 10-a yaxın insan saxlanılıb.

Bakıdakı saxta külçələrin isə hansı metaldan hazırlandığı hələlik aydın deyil. Məhkəmə ekspertizasının nəticələri hələ açıqlanmayıb.

Faktlarla bağlı araşdırma davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 402 26.04.19 13:59