Bakıda saxta qızıl külçələri: növbəti qurban zərgər oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |    

Bakıda saxta qızıl külçələri: növbəti qurban zərgər oldu

Bakıda İsveçrə qızıl külçələrini saxtalaşdıran cinayətkar dəstə peyda olub. Fırıldaqçıların qurbanları yerli zərgərlərdir. Artıq bununla bağlı həftə ərzində ikinci fakt paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Bu barədə oxu.az-a Yasamal rayon hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Şikayətçi 36 yaşlı Musayev Mirismayıl Mirmusa oğludur. Onun polisə verdiyi ifadəyə görə, aprelin 13-də 60 yaşlı T.İ. onu aldadıb. Sonuncu ona 23 min 600 dollar müqabilində 17 saxta qızıl külçə verib. M.Musayev külçələrin saxta olduğunu sonradan müəyyən edib. Saxta külçələr xarici görünüşünə görə əls külçələrə bənzəyib: hətta üzərində əyar göstəricisi (999,9) və digər keyfiyyət nişanları olub.

Musayev ona təqdim olunan külçələrin saxta olduğunu öyrənəndə, artıq gec olub. Satıcı izsiz-tozsuz yoxa çıxıb.

Bundan əvvəl Oxu.Az özünü T.İ. kimi təqdim edən həmin şəxsin Moskva prospektində yerləşən lombarda 19 qızıl külçə girov qoyduğunu və bunun müqabilində 41,363 manat borc götürdüyünü xəbər vermişdi.

29-cu Polis Bölməsinə hadisə ilə əlaqədar lombardın hüquqşünası Vüsal Məmmədov müraciət etmişdi. Onun dediyinə görə, külçələr paslanmayan metaldan hazırlanıb, sonradan qızıl suyuna salınıb.

Əldə olunmuş məlumatlara görə, cinayət-axtarış şöbəsinin əməliyyatçıları artıq T.İ.-ni taparaq onu dindirib. Kişi özü də fırıldağın qurbanı olduğunu bildirib. Onun sözlərinə görə, naməlum şəxslər saxta külçələrə görə ondan iri məbləğdə pul alıb. Ona görə də itirilmiş pullarını qaytarmağın yolunu axtarmağa məcbur olub.

Saxlanılan T.İ.-dən istintaqın gedişi ərzində ölkəni tərk etməməsi barədə iltizam alınıb və sərbəst buraxılıb. Ancaq hüquq-mühafizə orqanı əməkdaşları onun nələrisə gizlədiyindən şübhələnir. Onun saxta sikkələri Azərbaycana gətirən və ya onları burada hazırlayan dəstə ilə əlaqəli olduğuna dair şübhələr var.

Qeyd edək ki, dörd il əvvəl oxşar hadisələr Çexiyanın Zlin rayonunda baş vermişdi. Orada cinayətkarlar 250 qramlıq İsveçrə qızıl sikkələrini saxtalaşdırıblar. İnandırıcı görünməsi üçün qızıla “Argor-Heraeus” şirkətinin kefiyyət sertifikatını döyüblər.

Sonradan məlum olub ki, həmin külçələr ucuz volframdan hazırlanıb. Ancaq sikkələrin çəkisi və forması standartlara uyğun olub. Hətta yerli lombard ekspertləri də bu fırıldağın qurbanına çevrilib. Faktla üzrə 10-a yaxın insan saxlanılıb.

Bakıdakı saxta külçələrin isə hansı metaldan hazırlandığı hələlik aydın deyil. Məhkəmə ekspertizasının nəticələri hələ açıqlanmayıb.

Faktlarla bağlı araşdırma davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 408 26.04.19 13:59