Moskvada atışma zamanı ölənlər azərbaycanlı olub - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Moskvada atışma zamanı ölənlər azərbaycanlı olub - YENİLƏNİB

Moskvanın "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında baş verən silahlı insidentin təfərrüatları məlum olub.

Median.Az
yerli mətbuata istinadən xəbər verir ki, ölənlərdən birinin cibindən "The Moscow Times" nəşrinin Azərbaycan əsilli jurnalisti Vaqif Hümbətova məxsus şəxsiyyət vəsiqəsinin çıxdığı bildirilir.

Lakin məlumat öz rəsmi təsdiqi tapmayıb. Belə ki, şəxsiyyət vəsiqəsinin saxta ola biləcəyi ehtimalı var. Çünki "The Moscow Times" qəzetinin redaksiyası əməkdaşlarının hamısının sağ olduğunu açıqlayıb.

İlkin məlumatlara görə, atəş açan Rəsul Abdullayev ad-soyadlı şəxsdir. Fərziyyəyə görə, o, həmyerlisinə atəş açıb, daha sonra isə özünü öldürüb.

Ehtimal edilir ki, hadisə qisas və qan düşmənçiliyi zəminində olub.

Faktla bağlı cinayət işi açılıb.

21:09

Rusiyanın paytaxtı Moskva şəhərində atışma olub, 2 nəfər ölüb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında baş verib.

Polisdəki mənbə bir nəfərin atəş açıb başqasını vurduğunu, sonra isə intihar etdiyini bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Cinayət işi açılıb, araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 039 25.04.19 23:22