Bakıda evlər bahalaşıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |    

Bakıda evlər bahalaşıb

“Bu ilin əvvəlindən indiyədək Bakının daşınmaz əmlak bazarında qiymətlərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6%-lik artım var”.

Median.Az
-ın məlumatına görə, bu barədə “Report”a bazarı araşdıran "MBA" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov məlumat verib.

Onun sözlərinə görə, alıcılıq qabiliyyətində də artım var: “Bu özünü bazarda müşahidə olunan aktivlikdə, həm sayda, həm də qiymətlərdə özünü göstərir”.

N.İbrahimov deyib ki, ümumiyyətlə 2019-cu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı proqnozlaşdırılır: “Belə ki, qiymət artımı təqribən 6-8% civarında olması gözlənilir.

Ekspert həmçinin əlavə edib ki, bu il mənzil bazarında ola bilsin ki, 5-6%-lik artım olsun: “Lakin torpaq bazarında 5-6%-lik artımdan daha çoxunu gözləyirik. İcarə bazarında 4-5%, mənzillərin kirayəsində isə qiymət artımı 7-8% ola bilər”.

O, Azərbaycanda əmlak alanlar barədə danışarkən qeyd edib ki, ölkədə əmlak satınalanlar azərbaycanlılardır: “Xaricilərin - ərəblərin, ingilislərin ölkədə kütləvi şəkildə əmlak almalarına rast gəlməmişəm. Bu kimi hallar az olur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 455 25.04.19 20:38