Tesla şirkətindən pilotsuz taksilər: Qiymətlər açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

Tesla şirkətindən pilotsuz taksilər: Qiymətlər açıqlandı

Tesla şirkətinin hesablamalarına əsasən pilotsuz taksi sahibləri ildə 30.000$ gəlir əldə edə bilərlər.

Median.Az
technote-a istinadla xəbər verir ki, Tesla elektromobillərinin sahibləri öz elektromobillərindən istifadə etmədikləri müddətdə onları icarəyə verə biləcəklər.

Beləliklə elektromobillər pilotsuz taksi kimi fəaliyyət göstərəcəklər. Bu barədə Vc.ru saytı xəbər verib. Robotaxi servisinin müştəriləri isə pilotsuz taksiləri xüsusi mobil tətbiq vaitəsilə sifariş edə biləcəklər. Elon Musk-ın sözlərinə əsasən yaxın il yarım ərzində pilotsuz taksi servisi 1 milyona yaxın avtomobil əldə edəcək.

İstənilən avtomobilin sahibi öz avtomobilini Tesla şəbəkəsinə daxil edə və ya həmin şəbəkədən silə bilər. Əlçatan avtomobillərin saylarının az olduqları ərazilərə isə şirkət özü avtomobil çatdırılması ilə məşğul olacaq. Robotaxi ilə 1 kilometr gediş 0.18$ təşkil edəcək. Bu isə adi car sharing-də olan qiymətdən qat-qat ucuzdur. Belə ki, adi car sharing servisində gediş haqqı adətən 2-3$ təşkil edir.

Tesla elektromobillərinin sahibləri öz elektromobillərini hansı zamanlarda icarəyə verəcəklərini və hətta elektromobildən kimlərin istifadə edə biləcəklərini də təyin etmə imkanına sahib olacaqlar. Məsələn Tesla sahibi öz elektromobilindən yalnız dostlarının və ailə üzvlərinin istifadəsini seçə bilər. Öz avtomobilini bu cür icarəyə verəcək şəxs ildə 30.000$ gəlir əldə edə bilər. Bununla belə avtomobil rahatlıqla 11 il ərzində fəaliyyət göstərə biləcək. Tesla şirkətinin öz komissiyası isə 25-30% təşkil edəcək. Tesla şirkəti pilotsuz taksi servisini bəzi regionlarda artıq 2020-ci ildə istifadəyə verməyi planlaşdırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 169 23.04.19 23:18