Median.Az xəbər verir ki, aprelin 21-də Yevlax şəhəri ərazisində naməlum şəxs Göyçay şəhər sakini olan qadının, içərisində 28 manat olan pul kisəsini açıq talama yolu ilə ələ keçirib və qaçıb.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.