Azərbaycanda bu şəxslərin pensiyası artacaq - Dəyişiklik qəbul olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |     14:06 Dünya bazarında neft qiymətləri dəyişib  |     13:40 Bakıda 10 yaşlı oğlan itkin düşüb  |     13:40 DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  |     13:38 Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:35 Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub  |     13:34 Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır  |     13:29 54 yaşlı Cennifer Lopes çəhrayı qısa ətəkli paltarda görünüb - FOTO  |     13:28 “Telegram”da tezliklə 16 yeni funksiya olacaq  |     13:20 Smartfon istehsalçılarının reytinqində lider dəyişdi  |     12:59 Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO  |     12:58 Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik - ŞİKAYƏT (VİDEO)  |     12:56 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur - VİDEO  |     12:55 Biləsuvarda nömrəsiz motosiklet sürdü: 15 günlük həbs edildi  |     12:54 Laçında tikintisi gedən hava limanının SON GÖRÜNTÜLƏRİ - VİDEO  |     12:24 Tacikistana getmək istəyən Türkiyə vətəndaşları üçün YENİ QƏRAR  |     12:13 Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA  |    

Azərbaycanda bu şəxslərin pensiyası artacaq - Dəyişiklik qəbul olundu

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası yeni qayda ilə hesablanacaq.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 1.0.5-ci maddəsinə "buraxıldığı günə" sözlərindən sonra "sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə" sözləri əlavə edilir.

Mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, daha sonra isə xidmətdən tərxis olunurlar.

Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.

Qanuna dəyişiklik kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədilə təqdim edilir.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 896 23.04.19 14:09