Hava nə vaxt isinəcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Hava nə vaxt isinəcək?

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-nə qədər davam edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.

Baş hidroloq xatırladıb ki, aprelin 19-u gündüz saatlarından başlayan qeyri-sabit hava şəraiti hələ də davam edir:

“Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının bir sıra ərazilərində yağıntılar intensiv olub.

Eyni zamanda Naxçıvan MR-nın Ordubad rayonun dağlıq ərazilərində, Daşkəsən, Gədəbəy, Göygöl, Kiçik Qafqazda, eləcə də Böyük Qafqaz ərazilərində intensiv yağntılar müşahidə edilib”.

A.Verdiyevin sözlərinə görə, intensiv yağıntılar nəticəsində respublika ərazisindəki çaylarda suyun səviyyəsi artıb:

“Respublika çaylarında sululuğun artımı davam edib. Əsasən, Lənkəran-Astara bölgəsinə aid olan Lənkərançayda, eyni zamanda Kiçik Qafqaz ərazisinə axan Zəyəmçayda və Qanıx, Araz çaylarında da artım müşahidə edilib.

Ümumilikdə isə ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-ə qədər davam edəcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 426 20.04.19 14:00