Alibaba-nın təsisçisi Cek Ma 12 saatlıq işin lehinə danışdı » Median.Az News Agency


Alibaba-nın təsisçisi Cek Ma 12 saatlıq işin lehinə danışdı
Alibaba Group-un təsisçisi və milyarder Cek Ma bir çox Çin internet-şirkətlərdə geniş yayılmış olan ştatdankənar vaxt ilə işləməyin lehinə danışdı.

Biznesmen öz mövqeyini Alibaba-nın işçiləri ilə görüşdə ifadə etdi. Görüşün stenoqramması şirkətin rəsmi WeChat hesabında da paylaşılıb.

Mən hesab edirəm ki, səhər doqquzdan axşam doqquza qədər işləmək imkanı çox xeyirlidir. Hazırki zamanda hər kəs müvəffəqiyyətli olmaq arzununu qurur. Hər kəs yaxşı həyatının olmasını və geniş kütlə qarşısında hörmətə sahib olmaq istəyir. Lakin, icazənizlə sual edirəm, siz bunun üçün digərlərindən daha çox zaman və enerji sərf etmədən necə bu məqsədə çatacaqsınız?

Median.Az technote.az-a istinadən bildirir ki, Ma əlavə etdi ki, "Alibaba-da işləmək istəyənlər 12 saatlıq işə hazır olmalıdırlar. Bizə komfort səkkiz saatlıq işə ümid edənlər lazım deyil" - Alibaba-ya aid olan South China Morning Post sitat gətirir.

Biznesmen xatırlatdı ki, özü də 1999-cu ildə Alibaba-nı təsis etdikdə çox işləyirdi. Onun sözlərinə görə, böyük iş günü onun həyatının bir parçasına çevrilib və o, gündə 12 saat işləməkdən sevinc hissi yaşayır.

Çin İT-şirkətlərində iş saatları problemi 2019-cu il aprel ayının əvvəllərində gündəmə çıxıb. Bir qrup aktivist GitHub-da 996.İCU adlı repozitoriya yaratmışdı, hansında ki, onlar 12 saatlıq iş barədə şikayətçi idilər. Şikayətlər arasında Alibaba və ona aid olan Ant Financial şirkətinin adı da hallanır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          479 19.04.19 21:59