Təzyiqə məruz qalan uşaqlar üçün qaynar xətt yaradılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Təzyiqə məruz qalan uşaqlar üçün qaynar xətt yaradılır

Məişət zəminində zorakılıq, xüsusən mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlara yardım məqsədilə Qaynar xətt yaradılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən tədbir zamanı nazir müavini Anar Kərimov məlumat verib.

Bildirilib ki, mənəvi-psixoloji təzyiqlərə məruz qalan uşaqlara proaktiv yönümlü dəstəyin təmin edilməsi üçün ayrıca bir Qaynar xəttin yaradılması nəzərdə tutulur.

O vurğulayıb ki, yaradılması nəzərdə tutulan Qaynar xətt zorakılıq, mənəvi-psixoloji təzyiq halları ilə üzləşən uşaqların operativ şəkildə dəstək tədbirləri ilə əhatə olunmasına xidmət edəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı keçirdiyi mətbuat konfransında təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı Qaynar xəttin yaradılacağı barədə tapşırıq verdiyini demişdi.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 743 18.04.19 15:13