Google assistentdə reklamlar göstəriləcək » Median.Az News Agency


Google assistentdə reklamlar göstəriləcək
Google şirkətinin səsli virtual assistentində, reklam nümayişi dövrü başlayır.

Google şirkəti istifadə sahəsi gün keçdikcə genişləyən Google assistentdə istifadəçilərə reklam göstərməyə hazırlaşır. Google Assistent reklamların başlanması ilə artıq soruşduğunuz bir suala cavab verərkən arada istifadəçilərə reklam da göstərəcək.

Median.Az deyerler.org-a istinadən bildirir ki, məsələn assistent, bir səmtdə uyğun hotel axtarış nəticələrini göstərəndə hotel təklifi də təqdim edə biləcək.

Google hər nə qədər bu reklam nümayişlərilə pul qazanmağı məqsəd qoysa da, xüsusilə reklamlardan xoşu gəlməyən və daha təmiz bir istifadəçi təcrübəsi istəyən istifadəçilərin reaksiyası ilə də qarşılaşa bilər.

Bir neçə həftədir müxtəlif reklam növlərini sınayan şirkət, təcrüblərdən sonra, Google Assistent tətbiqində reklam göstərməyə başlayacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          481 16.04.19 21:55